`Uşağın ölümündə cərrahın günahı daha çoxdur` - Anestezioloq məhkəmə qarşısında


20:59     24 May 2017 arzu%20atasi%20ile1.jpg

Femida.az xəbər verir ki, əməliyyatdan sonra dünyasını dəyişən 3 yaşlı Qurbanlı Arzu Sənan qızının ölümü ilə bağlı açılan cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Hakim Əsgərova Ruhiyyə Orucəli qızının sədrliyi ilə keçirilən prosesdə hər iki tərəf ifadə verib.


3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirli bilinən, Sumqayıt şəhərində fəaliyyət göstərən "Real Sağlamlıq Klinikası"-nın həkimi Qənbərov İsmayıl Böyükağa oğlu, hakimin suallarını cavablandırmaqda çətinlik çəkib. O ölüm işində günahsız olduğunu bildirib. O ifadəsində uşağı əməliyyat edən cərrahın və növbətçi həkimin günahının daha çox olduğunu bildirib. Hakimin "Uşağa niyə 150 dozada "Kolipsol" dərmanını vermisən? " sualına, həkim :" 150 qr verməmişəm. Versə idim uşaq ölməzdi. Həm narkoz çox olmuşdusa, cərrah uşağı görəndə məlumat verərdi." cavabından sonra, həkimin vəkili deyilənləri düzəldib. O bildirib ki, "Möhtərəm hakim, müdafiə etdiyim həkim 150 qram "Kolipsol" dərmanı versəydim anında uşaq ölərdi demək istəyib."

Qeyd edək ki, Sumqayıt şəhərində fəaliyyət göstərən "Real Sağlamlıq Klinikası"nda 3 yaşlı Qurbanlı Arzu Sənan qızı keçən il iyunun 30-da burun-boğaz əməliyyatı sonrası dünyasını dəyişib. Əməliyyat iştirak edən həkim Qənbərov İsmayıl Böyükağa oğluna ölüm faktına görə, Cinayət Məcəlləsinin 124.1 ( Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.
Ailə üzvləri uşağın ölümündə həkimləri günahkar olduğunu iddia edir. Uşağın əməliyyat zamanı "Kolipsol" dərman preparatını normadan artıq verildiyi üçün dünyasını dəyişdiyi bildirilir.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7119


Oxşar xəbərlər